ABŞ Yaxın Şərqə 4000 hərbçi göndərə bilər

 ABŞ Yaxın Şərqə 4000 hərbçi göndərə bilər
  01 Yanvar 2020    Oxunub:2075
ABŞ-ın Bağdaddakı səfirliyinə edilən hücumdan sonra Amerika ordusunun təxminən 4000 hərbçisi Yaxın Şərqə göndərilməsi üçün hazır vəziyyətə gətirilib.
Azvision.az xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb. Pentaqondakı mənbələr bildiriblər ki, ABŞ ordusu artıq müvafiq əmrlər alıb və yaxın günlərdə Küveytə göndərilə bilər.

Pentaqon rəhbəri Mark Esper bildirib ki, ABŞ Bağdaddakı səfirliyinə edilən hücumla əlaqədar regiona təxminən 750 hərbçi göndərəcək. O, vurğulayıb ki, ABŞ vətəndaşlarını və maraqlarını harada olursa olsun qoruyacaq.

Azvision.az


Teqlər: ABŞ  





Xəbər lenti