Makron pensiya islahatı layihәsindәn imtina etmәyәcәk

  01 Yanvar 2020    Oxunub : 1494
 Makron pensiya islahatı layihәsindәn imtina etmәyәcәk
Fransa Prezidenti Emmanuel Makron həmyerlilərinə Yeni il müraciətində ölkәdә tәtil vә etirazlara sәbәb olan pensiya islahatı layihәsindәn imtina etmәyәcәyini bildirib.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, Makron hökumətin həyata keçirdiyi pensiya islahatının qanuni qüvvəyə minəcəyini deyib.

Xatırladaq ki, Fransa hökumətinin elan etdiyi yeni pensiya islahatlarına görə, hazırda mövcud olan bir sıra qaydalar ləğv edilir və nəticədə əhalinin müəyyən kateqoriyaları, o cümlədən dövlət nəqliyyat müəssisələrinin işçiləri pensiyaya daha tez çıxmaq imkanlarını və bəzi imtiyazları itirir. Bu qərar həmkarlar ittifaqının kəskin etirazına səbəb olub.

Azvision.az

Teqlər: Fransa   Makron