ABŞ-ın kəşfiyyat təyyarəsi Koreya yarımadası üzərində

  01 Yanvar 2020    Oxunub : 1611
ABŞ-ın kəşfiyyat təyyarəsi Koreya yarımadası üzərində
ABŞ Hərbi Hava Qüvvələrinin “EP-3E” kəşfiyyat təyyarəsi Koreya yarımadası üzərində uçuş həyata keçirib.
Azvision.az xəbər verir ki, bu barədə uçuşları izləyən “Aircraft Spots” saytı məlumat yayıb.

Məlumata görə, təyyarə təxminən 25 min fut (7.6 km) yüksəklikdən uçub. Lakin təyyarənin dəqiq yeri və uçuş vaxtı haqqında məlumat verilməyib.

Sayt qeyd edir ki, son zamanlar U-2S, EP-3C və RC-135V təyyarələri də daxil olmaqla, Koreya səmasında kəşfiyyat aktivliyi müşahidə olunur. Cənubi Koreya bunu regionda gərginliyin kəskin artması, Vaşinqtonun Pxenyanı tənqid etməsi, həmçinin KXDR-in raket sınaqları aparması ilə əlaqələndirir.

Azvision.az

Teqlər: ABŞ   Koreya