Çində 4.3 bal gücündə zəlzələ olub

Çində 4.3 bal gücündə zəlzələ olub
  01 Yanvar 2020    Oxunub:1859
Çinin cənub-qərbindəki Siçuan əyalətində 4.3 bal gücündə zəlzələ baş verib.
Azvision.az xəbər verir ki, bu barədə məlumatı Çinin Seysmoloji Mərkəzi yayıb.

Zəlzələ yerli vaxtla 11.01-də (Bakı vaxtı ilə 06.01) Çzıqun vilaytinin ərazisində qeydə alınıb, episentri 21 kilometr dərinlikdə olub.

Dağıntı və xəsarətlər barədə hələ məlumat verilməyib. Siçuan əyaləti, Çində ən çox zəlzələ baş verən bölgələrdən biridir.

Azvision.az



Teqlər: Zəlzələ  





Xəbər lenti