Suriyaya 850-dən çox qaçqın qayıdıb

  01 Yanvar 2020    Oxunub : 1169
Suriyaya 850-dən çox qaçqın qayıdıb
Sutka ərzində 850-dən çox suriyalı qaçqın xarici ölkələrin ərazisindən Suriyaya qayıdıb.
Azvision.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə müharibə edən tərəflərin barışıqları və qaçqınların hərəkəti üzərində nəzarət mərkəzinin açıqladığı bülletendə deyilir.

“Ötən sutka ərzində xarici dövlətlərin ərazisindən Suriyaya 853 qaçqın geri dönüb. Belə ki, Livanın “Jaydet Yabus”, “Tell-Kalah” keçid məntəqələrindən ümumilikdə 352 nəfər (105 - qadın, 180 - uşaq) , İordaniyanın “Nasib” keçid məntəqəsindən isə ümumilikdə 501 nəfər (qadın - 150, uşaq - 256) Suriyaya geri dönüb”, - deyə bülletendə qeyd olunub.

Azvision.az

Teqlər: Suriya