Keçmiş Baş Nazir prezident seçkilərində qalib gəldi

Keçmiş Baş Nazir prezident seçkilərində qalib gəldi
  01 Yanvar 2020    Oxunub:1849
Qvineya-Bisaunun keçmiş Baş Naziri Umaro Sissoko Embalo prezident seçkilərinin ikinci turunda qalib gəlib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Milli Seçki Komissiyası məlumat yayıb.

Qeyd olunub ki, prezident seçkilərinin ikinci turu dekabrın 29-da keçirilib. Seçkidə ölkənin iki keçmiş Baş Naziri Domingos Simoeş Pereira və Umaro Sissoko Embalo iştirak edib. Umaro Sissoko seçicilərin 53,55 faiz səsini toplayıb.

Azvision.az



Teqlər: Seçki  





Xəbər lenti