Prezident və birinci xanım Qusarda - FOTOLAR

Prezident və birinci xanım Qusarda - FOTOLAR
  20 Dekabr 2013    Oxunub:1517
Prezident İlham Əliyev və xanımı Qusarda bir sıra otellərin açılışında və 2013-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak ediblər.

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva "Şahdağ" qış-yay turizm kompleksində olublar.

Dövlət başçısı və xanımı "Şahdağ", "Pik Palas" otellərinin açılışında və 2013-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak ediblər.

"Şahdağ" qış-yay turizm kompleksi dünyadakı bu tipli komplekslərdən nadirliyi və universallığı ilə fərqlənir. Qusar rayonunun mərkəzindən 32 kilometr məsafədə Şahdağ Milli Parkının ərazisində yerləşən kompleksin tikintisinin hazırlıq işlərinə 2006-cı ildən başlanılmışdır. Həmin il keçirilən tenderdə dünyanın aparıcı şirkətləri qalib gəlmişdir. Bu kompleksin təməli 2009-cu ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə qoyulub.

Dəniz səviyyəsindən 1300-2300 metr yüksəklikdə yerləşən turizm kompleksinin ərazisi 2058 hektardır. Azərbaycanda və ümumiyyətlə, dünyada ən mükəmməl layihələrdən olan "Şahdağ" qış-yay turizm kompleksi oxşar istirahət mərkəzlərindən bənzərsizliyi ilə fərqlənir və il boyu fəaliyyət göstərmək iqtidarındadır.

Ölkəmizdə qeyri-neft sektoruna mühüm töhfə olan "Şahdağ" qış-yay turizm kompleksi Azərbaycan tarixində ilk dağ-xizək kurortudur. Kompleksin birinci mərhələsi üzrə tikinti işləri dövlət tərəfindən maliyyələşdirilir. Tikintiyə nəzarəti Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan "Şahdağ" qış-yay turizm kompleksinin müdiriyyəti həyata keçirir.

Dövlət başçısı və xanımı əvvəlcə beşulduzlu "Pik Palas" otelinin açılışında iştirak etdilər. Otel yeni qurulan "PAŞA Hotels and Resorts" şirkəti tərəfindən idarə olunur. Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva yeni tikilmiş beşulduzlu "Şahdağ" otelinin açılış mərasiminə qatılıblar.

Dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva əvvəlcə 2013-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak ediblər.

Qalereya




Teqlər:  





Xəbər lenti