Honkonqda 400 etirazçı saxlanılıb

  01 Yanvar 2020    Oxunub : 2100
Honkonqda 400 etirazçı saxlanılıb
Honkonqda yeni ilin ilk günündə hökumət əleyhinə keçirilən etiraz aksiyaları zamanı 400 nəfər saxlanılıb.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Honkonq polisi məlumat yayıb. Bildirilib ki, saxlanılan şəxslərin hamısı qanunsuz toplaşmaqda və silah saxlamaqda ittiham olunurlar.

Qeyd edək ki, Honkonqda 2020-ci ilin ilk günündə təşkil olunan nümayişində 1 milyondan çox insan iştirak edib.

Azvision.az

Teqlər: Etiraz   Aksiya