Millimiz Polşa ilə yoxlama oyunu keçirəcək

  02 Yanvar 2020    Oxunub : 1157
Millimiz Polşa ilə yoxlama oyunu keçirəcək
Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Olimpiya lisenziya xarakterli turnir üçün hazırlığın son mərhələsinə start verib.
Azvision.az -ın məlumatına görə, Türkiyə toplanışını başa vuran yığmamız axırıncı məşqlər üçün Polşaya yollanıb.

Vasif Talıbovun rəhbərlik etdiyi kollektiv burada hazırlıq çərçivəsində yoxlama matçı da keçirəcək. Voleybolçularımız Hollandiyada baş tutacaq Təsnifat Turnirində rəqiblərindən olan Polşa ilə üz-üzə gələcək. Yığmaların bir neçə sınaq oyunu keçirməsi planlaşdırılır.

Qeyd edək ki, Apeldorn şəhərində baş tutacaq Avropa Olimpiya Təsnifat Turniri yanvarın 7-12-də olacaq.

Azvision.az

Teqlər: Milli   Polşa   Oyun