Pentaqon generalın ölümünə görə məsuliyyəti üzərinə götürdü

  03 Yanvar 2020    Oxunub : 2754
 Pentaqon generalın ölümünə görə məsuliyyəti üzərinə götürdü
Pentaqon iranlı general Qasım Süleymaninin öldürülməsi ilə nəticələnən əməliyyatın ABŞ Prezidenti Donald Trampın göstərişinə əsasən keçirildiyini təsdiqləyib.
Bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat mərkəzi məlumat yayıb. Bldirilib ki, “Əl-Qüds” qüvvələrinin başçısı, İran İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Qasım Süleymaniyə qarşı müdafiə xarakterli əməliyyat Birləşmiş Ştatların xaricdəki şəxsi heyətini müdafiə etmək məqsədilə keçirilib.

“General Qasım Süleymani İraqda və regionun digər ölkələrində Amerika diplomatlarına və hərbi qulluqçularına hücum planları üzərində fəal işləyirdi. O, ABŞ-ın Bağdaddakı səfirliyinə hücumu da dəstəkləyib”, -deyə mətbuat mərkəzi bəyan edib.

Qeyd olunub ki, generalın öldürülməsindən sonra ABŞ Silahlı Qüvvələri yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.

Azvision.az

Teqlər: İran   General