AKP-dən AÇIQLAMA: Nazirlər istefa verməyib

AKP-dən AÇIQLAMA: Nazirlər istefa verməyib
  20 Dekabr 2013    Oxunub:1368
Hakim partiya: Türkiyədə adı korrupsiya qalmaqalında hallanan nazirlər istefa verməyib.

Türkiyədə adı korrupsiya qalmaqalında hallanan nazirlərin istefa verməsi ilə bağlı yayılan xəbərlər doğru deyil. AzVision.az "Sabah" qəzetinə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Hüseyn Çelik deyib.

Onun sözlərinə görə, Türkiyədə ilk dəfədir ki, polis rəisi və vilayət rəhbərinin xəbəri olmadan xüsusi əməliyyat aparılır:
"Təqiblər 14 ay əvvəl başlayıb. Bir insanın günah işlətdiyini görürsünüz və 14 ay gözləyirsiniz... Belə bir əməliyyatı daxili işlər naziri və Baş nazir televiziyadan öyrənir".

H.Çelik qeyd edib ki, əməliyyatın yanlış tərəfi xəbərdar edilməsi lazım olan şəxslərin, Baş nazirin xəbərdar edilməməsi olub.
Xatırladaq ki, İstanbul və Ankarada keçirilən xüsusi əməliyyat nəticəsində aralarında bəzi nazirlərin övladları da olmaqla, 52 nəfər həbs edilib.

Saxlanılanlar arasında Türkiyənin hakim partiyasının üzvü olan bəzi nazirlərin övladları - iqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu Salih Kaan Çağlayan, daxili işlər naziri Müəmmər Gülərin oğlu Barış Gülər, şəhərsalma və ətraf mühit naziri Ərdoğan Bayraqdarın oğlu Oğuz Bayraqdar, həmçinin tanınmış iş adamlarından olan İstanbulun Fatih bələdiyyəsinin başçısı Mustafa Dəmir, Türkiyənin "Xalq Bank"ının baş direktoru Süleyman Aslan və tanınmış iş adamı Əli Ağaoğlu da var. Həmçinin korrupsiya qalmaqalını araşdıran yüksəkvəzifəli polis məmurları işdən azad edilib.

Həbslərə səbəb həmin şəxslərin korrupsiya, qaçaqmalçılıq və narkotik maddələrin satışında ittiham edilmələri olub.

Həmçinin, korrupsiya qalmaqalında iqtisadiyyat naziri Zəfər Çağlayan, Avropa İttifaqı işləri üzrə nazir Egemen Bağış, daxili işlər naziri Müəmmər Gülər və şəhərsalma və ətraf mühit naziri Ərdoğan Bayraqdarın adı hallanır.


Teqlər:  





Xəbər lenti