Avtobus qəzası 22 nəfərin ölümünə səbəb oldu

  03 Yanvar 2020    Oxunub : 993
Avtobus qəzası 22 nəfərin ölümünə səbəb oldu
Myanmanın Karen ştatında dəhşətli yol qəzası baş verib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, hərəkətdə olan sərnişin avtobusu minik avtomobili ilə toqquşub. Qəzanın təsirindən avtobus dərəyə aşıb. Hadisə nəticəsində 22 nəfər həlak olub, 10 nəfər ağır yaralanıb. Ölənlərdən 15-i avtobusun sərnişinidir.

Azvision.az

Teqlər: Qəza