Türkiyənin Kanal D telekanalı “rüşvət əməliyyatı” zamanı saxlanılan Barış Gülərin evində aparılan axtarışın görüntülərini yayıb. AzVision.az xəbər verir ki, daxili işlər naziri Müəmmər Gülərin oğlunun evində pulla dolu çoxlu sayda seyf tapılıb. Pul o qədər çox olub ki, pulsayan maşın gətirilib.