Minlərlə insan Süleymani ilə vida mərasiminə qatıldı

  04 Yanvar 2020    Oxunub : 1918
Minlərlə insan Süleymani ilə vida mərasiminə qatıldı
ABŞ-ın raket zərbələri nəticəsində ölən İran İnqilab Keşikçiləri Korpusunun "Qüds" xüsusi qüvvələrinin rəhbəri, general Qasım Süleymani üçün Bağdadda cənazə mərasimi təşkil edilib.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, minlərlə insanın qatıldığı mərasimdə İraqın Baş Naziri Adil Abdulmehdi və hökümətin yüksək vəzifəli şəxsləri iştirak ediblər.

Süleymaninin ölümü ilə əlaqədar İraqİranda 4 gün yas mərasimi təşkil olunacaq. Mərhum generalın cənazəsi Kerman şəhərində torpağa tapşırılacaq.

Qeyd edək ki, yanvarın 3-də ABŞ qoşunları tərəfindən Bağdad hava limanına raket zərbələri endirilib. Nəticədə general Qasım Süleymani ilə birlikdə İran ordusunun daha 4 zabiti həlak olub.

Azvision.az

Teqlər: İran   Qasim-Süleymani