XİN rəhbərləri generalın ölümünü müzakirə etdilər

  04 Yanvar 2020    Oxunub : 1813
XİN rəhbərləri generalın ölümünü müzakirə etdilər
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov və Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.
Azvision.az “Ria Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tərəflər general Qasım Süleymaninin İraqda qətlə yetirilməsindən sonrakı vəziyyəti müzakirə ediblər.

Qeyd edək ki, yanvarın 3-də ABŞ qoşunları tərəfindən Bağdad hava limanına raket zərbələri endirilib. Nəticədə general Qasım Süleymani ilə birlikdə İran ordusunun daha 4 zabiti həlak olub.

Azvision.az

Teqlər: Rusiya   Türkiyə   XİN