Ermənistanda kütləvi dava: 5 nəfər yaralanıb

Ermənistanda kütləvi dava:    5 nəfər yaralanıb
  04 Yanvar 2020    Oxunub:1728
Ermənistanın Armavir vilayətində kütləvi dava olub.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Zartonk kəndində baş verən hadisəyə avtomobillərdən birinin sürücüsünün sürət həddini aşması səbəb olub.

“Nəticədə bir neçə nəfər arasında kütləvi dava başlayıb. Onlardan 5-i müxtəlif xəsarətlərlə xəstəxanaya aparılıb. Yaralılardan biri bıçaq xəsarəti alıb”.

Polis davada iştirak edən 13 nəfəri saxlayıb.

Azvision.az





Teqlər: Ermənistan   Dava  





Xəbər lenti