Trampdan İrana təhdid: “52 obyekti vuracağıq”

Trampdan İrana təhdid:  “52 obyekti vuracağıq”
  05 Yanvar 2020    Oxunub:4148
İran İslam İnqilabı Keşikçilәr Korpusunun (SEPAH) “Əl Qüds” xüsusi təyinatlı qüvvələrinin komandanı olmuş general Qasım Süleymanin öldürülməsindən sonra ABŞ və İran arasında gərginlik pik həddə çatıb.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, İranın ABŞ ordusuna və vətəndaşlarına yönəlik təhdidlərinə Donald Tramp “Twitter” hesabında cavab verib.

Tramp bildirib ki, əgər ABŞ ordusuna və vətəndaşlarına hücum edilərsə, o zaman İrana aid 52 hədəf vurulacaq.

"Qoy, bu, xəbərdarlıq olsun, əgər İran amerikalılara və ya Amerikanın əmlakına zərbə vursa, biz İranın 52 obyektini hədəfə almışıq. Bunların bəzisi yüksək səviyyəli və İran üçün əhəmiyyətli olan hədəflərdir. Bu hədəflər və İran sürətli, daha güclü zərbəyə məruz qalacaq. ABŞ daha hər hansı təhdid istəmir", - deyə Tramp qeyd edib.

Azvision.az



Teqlər: ABŞ   İran  





Xəbər lenti