Meksikada 6,5 ballıq zəlzələ baş verib

Meksikada 6,5 ballıq zəlzələ baş verib
  05 Yanvar 2020    Oxunub:2849
Meksikanın Oahaka ştatında 6,5 bal gücündə zəlzələ olub.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, yeraltı təkanların episentri Unyon İdalqo şəhərindən 38 kilometr cənub-şərqdə, ocağı 10 kilometr dərinlikdə yerləşib. Sunami təhlükəsi elan edilməyib.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına əsasən, zəlzələ 6,0 bal gücündə, ocağı isə 100 kilometr dərinlikdə olub.

Azvision.az



Teqlər: Meksika   Zəlzələ  





Xəbər lenti