6 almaniyalı turist İtaliyada faciəvi şəkildə öldü

  05 Yanvar 2020    Oxunub : 1560
6 almaniyalı turist İtaliyada faciəvi şəkildə öldü
İtaliyanın şimalındakı Tirol vilayətinin qış-xizək turizmi bölgəsi sayılan Lutaqoda sərxoş sürücü avtomobili Almaniyadan gəlmiş turistlərin üzərinə sürüb.
Azvision.az "RİA “Novosti”yə istinadən xəbər verir ki, hadisə nəticəsində 6 turist ölüb, 11-i yaralanıb.

İnsident Avstriya ilə sərhədə yaxın yerləşən klublardan birinin qarşısında baş verib. Yaralı turistlərin bəzilərinə İtaliyada, digərlərinə isə Avstriyada yardım göstərilib.

Polis sürücünü saxlayıb, onun 28 yaşında olduğu və həddindən çox spirtli içki qəbul etdiyi bildirilib.

Hadisə yerinə İtaliyanın xilasetmə xidmətinin 160-dan çox əməkdaşı cəlb olunub. Hələ ki, maşınla vurulmuş turistlərin adları açıqlanmayıb.

Azvision.az

Teqlər: İtaliya