2020-ci ildə gözlənilən astronomik hadisələr

 2020-ci ildə gözlənilən astronomik hadisələr
  05 Yanvar 2020    Oxunub:10096
2020-ci ilin astronomik hadisələrinin baş vermə tarixləri açıqlanıb.

Azvision.az xarici KİV-ə istinadən bildirir ki, astrofiziklər və həvəskar müşahidəçilər üçün maraqlı olacaq 2020-ci ildə "Super Ay", meteor yağışları, günəş tutulması və planetlərin "öpüşməsi" kimi maraqlı hadisələrin olması gözlənilir.
Günəşin tam tutulması ilin sonuna yaxın baş verəcək. Nadir yaşanan təbiət hadisələrindən olan Günəş tutulması 14 dekabrda reallaşacaq. Bu tarixdə Ay Günəş ilə Yer kürəsi arasında olacaq. Nəticədə Yer Ayın kölgəsində qalacaq.



Ayın normal görünüşündən daha böyük və parlaq görsənməsi “Super Ay” olaraq qeyd edilir. İlin ilk “Super Ay”ını 9 fevralda, digərlərini isə 9 mart, 8 aprel və 7 may tarixlərində görmək mümkün olacaq.



Meteor yağışları, iyulun ortalarından avqustun ortalarına qədər hər gecə izlənilə bilən səma hadisələrindən biridir. Ən məşhur meteor yağışı hər ilin avqustunda zirvəyə çıxan Perseid yağışıdır. Perseid meteoru, Swift-Tuttle adlı kometanın kiçik bir hissəsidir. Bu il meteor yağışının avqustun 12-nə keçən gecə müşahidə olunacağı gözlənilir.



2020-ci ilin 21 dekabrında ən uzun qış gecəsinin yaşandığı tarixdə Yupiter və Saturn kəsişəcək. Bu iki planetin günortadan sonra bir-birinə çox yaxınlaşması onların “öpüşməsi” kimi qələmə verilir.



Azvision.az


Teqlər: Astronomiya   Günəş   Yer   Planet  





Xəbər lenti