Terrorçular Keniyada hərbi bazaya hücum edib

Terrorçular Keniyada hərbi bazaya hücum edib
  05 Yanvar 2020    Oxunub:2268
"Əl-Şəbab" terrorçuları Keniyanın şimalında yerləşən Lamu rayonundakı hərbi bazaya hücum ediblər.
Azvision.az "TASS"a istinadən xəbər verir ki, bu barədə Keniya Silahlı Qüvvələri Komandanlığı məlumat yayıb. Bildirilib ki, hücum uğurla dəf edilib.

"Bu gün səhər saatlarında terrorçular Manda aerodromunun ərazisinə daxil olmağa çalışıblar. Hücumun qarşısı alınıb. İndiyə qədər məhv edilən dörd yaraqlının cəsədi aşkarlanıb. Bazada uçuş-enmə zolağı tamamilə təhlükəsizdir" - deyə məlumatda qeyd olunub.

Azvision.az



Teqlər: Terrorçu  





Xəbər lenti