Türkiyədə axtarışda olan 478 min nəfər saxlanılıb

Türkiyədə axtarışda olan 478 min nəfər saxlanılıb
  05 Yanvar 2020    Oxunub:2530
Ötən il Türkiyədə həyata keçirilən əməliyyatlar zamanı müxtəlif cinayətlər səbəbindən axtarışda olan 478 min 133 şübhəli şəxs saxlanılıb. Bundan əlavə, 842-i uşaq olmaqla 3 min 5 nəfər itkin tapılıb.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əməliyyatlar nəticəsində ölkəyə qanunsuz yollarla daxil olmuş 5 min 742 miqrant və onlara köməklik göstərməkdə təqsirli bilinən 96 nəfər saxlanılıb.

Azvision.az



Teqlər: Türkiyə   Axtarış  





Xəbər lenti