Türk hərbçilərin Liviyaya göndərilməsinə başlanılıb

Türk hərbçilərin Liviyaya göndərilməsinə başlanılıb
  06 Yanvar 2020    Oxunub:3686
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türk hərbçilərinin Liviyaya göndərilməsinə başlanıldığını açıqlayıb.
Azvision.az xəbər verir ki, bu barədə Ərdoğan “CNN Türk” telekanalının efirində deyib.

“Bizim hərbçilərimizin tapşırıqlarına koordinasiya hərəkətləri daxildir. Liviyada qanuni hökumətin təhlükəsizliyini təmin etmək üçün Türkiyənin hərbi qulluqçularının göndərilməsinə başlanılıb”, - deyə Türkiyə lideri qeyd edib.

Azvision.az



Teqlər: Türkiyə   Liviya   Ərdoğan  





Xəbər lenti