Obama İrana qarşı sanksiyaların əleyhinədir
O, ABŞ-ın 26 senatoru tərəfindən İrana qarşı yeni sanksiya layihəsinin tətbiq edilməsi ilə bağlı atdığı addımlara işarə edərək, belə addımların mövcud vəziyyətdə zəruri olmadığını bəyan edib.
Qeyd edək ki, ABŞ-da 26 senator tərəfindən İrana qarşı yeni sanksiya layihəsinin tətbiq edilməsi ilk dəfə Senatın xarici əlaqələr üzrə komitəsinin sədri Robert Menendez tərəfindən irəli sürülüb. O, iddia edir ki, hazırda İranın müzakirələrə getməsi sanksiyaların təzyiqi nəticəsində baş tutub və buna görə, Tehrana sanksyalar artırılmalıdır ki, lazımi güzəştlərə getsin.
Səbinə Həsənova
AzVision.az