Konqres Trampın İranla bağlı hərbi səlahiyyətlərini azaltmaq istəyir

  06 Yanvar 2020    Oxunub : 1632
 Konqres Trampın İranla bağlı hərbi səlahiyyətlərini azaltmaq istəyir
ABŞ Nümayəndələr Palatası bu həftə Konqresə Prezident Donald Trampın İrana qarşı hərbi əməliyyatlarını məhdudlaşdırmaq üçün hərbi səlahiyyətlər haqqında qətnamə təqdim edəcək və bununla bağlı səsvermə keçirəcək.
Azvision.az RİA “Novosti"yə istinadən xəbər verir ki, bunu Nümayəndələr Palatasının sədri Nensi Pelosi Demokratlar Partiyasından olan konqresmenlərə göndərdiyi məktubda bildirib.

Qeyd olunub ki, qətnamə Konqresin razılığı olmadan Trampın İrana qarşı hərbi əməliyyatlar keçirməsini qanuni şəkildə qadağan edəcək.

“Qətnamə qanunvericilər tərəfindən növbəti addımların olmadığı təqdirdə administrasiyanın İrana qarşı atdığı hərbi əməliyyatların 30 gün ərzində dayandırılmasını tələb edərək, Konqresin çoxdan müəyyən edilmiş nəzarət öhdəliklərini təsdiq edir”, - N.Pelosi vurğulayıb.

Azvision.az

Teqlər: ABŞ   İran