Merkel Putinin dəvətilə Rusiyaya gedir

Merkel Putinin dəvətilə Rusiyaya gedir
  07 Yanvar 2020    Oxunub:2095
Almaniya kansleri Angela Merkel Rusiyaya səfər edəcək.
Azvision.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, səfər yanvarın 11-də Rusiya Prezidenti Vladimir Putinin dəvətilə baş tutacaq.

Səfər çərçivəsində beynəlxalq gündəmdə olan aktual mövzular, Suriya və Liviyadakı vəziyyət, eləcə də Yaxın Şərqdə gərinliyin artması ilə bağlı məsələlər müzakirə olunacaq.

Azvision.az



Teqlər: Almaniya   Merkel   Rusiya   Putin  





Xəbər lenti