Almaniya hərbçilərini İraqdan çıxarır

Almaniya hərbçilərini İraqdan çıxarır
  07 Yanvar 2020    Oxunub:2522
Almaniya hərbçilərinin bir hissəsini İraqdan çıxaracaq.
Azvision.az xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Hayko Maasnın və müdafiə naziri Anneqret Kramp-Karrenbauerin Bundestaqa ünvanladığı məktubda deyilir.

Məlumatda vurğulanıb ki, Bağdad bölgəsində yerləşən alman hərbçilərinin bir hissəsi ABŞ ordusu tərəfindən İranlı generalın öldürülməsindən sonra İraqda artan gərginlik səbəbindən İordaniya və Küveytə köçürüləcək. Ümumilikdə İraqda Almaniyadan 120 əsgər var. Almaniya təhlükəsizlik səbəbiylə qoşunlarının bir hissəsini İraqdan Küveyt və İordaniyaya köçürəcək.

Taci şəhərində yerləşən alman hərbçiləri yerli təhlükəsizlik qüvvələrinə İŞİD terror qruplaşması ilə mübarizə üçün təlim keçir. 30-a yaxın əsgər Tacidə hərbi bazada, bir neçə əsgər birbaşa İraqın paytaxtında, qalanları isə ölkənin şimalındakı nisbətən sakit kürd əyalətindədir.

“Almaniya İraqın xarici kontingentlə bağlı verdiyi istənilən suveren qərarına hörmətlə yanaşacaq. İraqın istədiyi və vəziyyət imkan verdiyi müddətdə beynəlxalq səviyyədə razılaşdırılmış çərçivədə köməyimizi davam etdirməyə hazırıq", - alman nazirlərin məktubunda qeyd olunub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İraq   Bağdad   Almaniya  





Xəbər lenti