Gülər Əhmədovanın da bundan xəbəri yoxdur - VƏKİL

Gülər Əhmədovanın da bundan xəbəri yoxdur - VƏKİL
  20 Dekabr 2013    Oxunub:1160
Gülər Əhmədovanın təcridxanadan ümumrejimli cəzaçəkmə müəssisəsinə köçürüləcəyi vaxt hələ müəyyənləşməyib.
AzVision.az-a bu barədə G.Əhmədovanın vəkili Əfsər Talıbov deyib. O bildirib ki, bununla bağlı onlarda məlumat yoxdur.

Vəkil onu da əlavə edib ki, bu gün Gülər Əhmədova barəsində olan hökmdən apellyasiya şikayəti verəcəklər.

Qeyd edək ki, G. Əhmədova Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib.

G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti