Sürücü avtomobilinə qartopu atan uşaqları güllələdi

  07 Yanvar 2020    Oxunub : 1285
Sürücü avtomobilinə qartopu atan uşaqları güllələdi
ABŞ-ın Viskonsi ştatının Miluoki şəhərində sürücü avtomobilinə qartopu atdıqları üçün 12 və 13 yaşlı iki uşağı güllələyib.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, 12 yaşlı qız və 13 yaşlı oğlan digər uşaqlarla birlikdə avtomobillərə qartopu atıblar. Qartopu “Toyota” markalı avtomobilə dəyib, bundan sonra sürücü silah çıxararaq, onlara atəş açıb.

Güllə yarası alan iki uşaq xəstəxanaya aparılıb. Polis şübhəlini axtarır və hadisə ilə bağlı araşdırma aparır.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: ABŞ   Uşaq