Rusiyada 8 nəfər istixanada yanaraq ölüb

Rusiyada 8 nəfər istixanada yanaraq ölüb
  07 Yanvar 2020    Oxunub:2090
Rusiyada Moskva vilayətinin Ramensk rayonundakı istixanada baş vermiş yanğın nəticəsində səkkiz nəfər ölüb.
Azvision.az RİA “Novosti”yə istinadən xəbər verir ki, yaralanan bir nəfər xəstəxanaya yerləşdirlib. Yanğın səhər saatlarında Nesterovo kəndində yerləşən bağ evi ərazisində başlayıb.

İlkin məlumatlara görə, hadisə zamanı yaralanan və ölənlər Tacikistan vətəndaşlarıdır. Yanğının ümumi sahəsi 240 kv.m olub. Hazırda yanmış konstruksiyalar sökülür.

İlkin Nəcəfzadə
Azvision.az



Teqlər: Yanğın   Rusiya  





Xəbər lenti