Haftarın ordusu Sirti tam nəzarətə götürüb

Haftarın ordusu Sirti tam nəzarətə götürüb
  07 Yanvar 2020    Oxunub:2652
Liviyanın Sirt şəhəri və ətrafı tam şəkildə general Xəlifə Haftarın rəhbərlik etdiyi ordunun nəzarəti altına keçib.
Azvision.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Liviyanın şərqindəki müvəqqəti hökumətin nümayəndəsi Abdullah at-Thani Əli Nayed deyib.

Qeyd edək ki, Aralıq dənizi sahilində yerləşən Sirt ölkənin ən böyük şəhərlərindən biridir. Keçmiş Liviya lideri Muammar Qəddafi burada anadan olub.

Daha əvvəl Sirtin Xəlifə Haftarın nəzarətinə keçdiyi bildirilsə də, Milli razılaşma hökuməti qüvvələri mövqelərini geri aldıqlarını bəyan etmişdilər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Liviya  





Xəbər lenti