Mark Zukerberq Facebooku satışa çıxardı
Səhmlərin 27 milyonu şirkətə, 43 milyonu isə səhmdarlar tərəfindən açıq bazarda satılacaq. Səhmlərin 41,4 milyonunu sosial şəbəkənin yaradıcısı və baş direktoru 29 yaşlı Mark Çukerberq öz payından satacaq. Biznes sazişdən Çukerberq 2,3 milyard qazanacaq. Bununla da, onun “Facebook”dakı səhmləri 58,8%-dən 56,1%-ə qədər azalacaq.
Xatırladaq ki, “Forbes” jurnalının 2013-cü ilə olan məlumatına görə Mark Çukerberq 19 milyard dollar şəxsi sərvətlə dünyanın 20-ci ən zəngin insanı olub.
Vüqar İsmayılov