Təmsilçimiz “Türkvizyon”-un finalında - VİDEO

Təmsilçimiz “Türkvizyon”-un finalında - VİDEO
  20 Dekabr 2013    Oxunub:1349
Azərbaycanın təmsilçisi Fərid Həsənov dekabrın 21-də keçiriləcək final mərhələsinə vəsiqə qazanıb.
Türkiyənin Eskişehir şəhərində “Eskişehir-2013” Türk Dünyasının Mədəniyyət Paytaxtı Agentliyi, TÜRKSOY təşkilatı, Anadolu Universiteti və TMB televiziya kanalının təşkilatçılığı ilə keçirilən və Avrasiya məkanındakı 24 ölkənin təmsil olunduğu “Türkvizyon-2013” Beynəlxalq musiqi müsabiqəsinin yarımfinal mərhələsinə yekun vurulub.

Azərbaycanlı bəstəkar Gövhər Həsənzadənin də üzvü olduğu münsiflər heyətinin qərarına görə, 12 ölkənin, o cümlədən Azərbaycanın təmsilçisi Fərid Həsənov dekabrın 21-də keçiriləcək final mərhələsinə vəsiqə qazanıb. Təmsilçimiz bəstəkar Gövhər Həsənzadənin “Yaşa” mahnısını ifa edib.

Finala çıxan digər ifaçılar Ukrayna, Qazaxıstan, Türkiyə, Belarus, Özbəkistan, Bosniya və Herseqovina, Tatarıstan, Qırğızıstan, Şimali Kipr, Rusiya Federasiyasının Altay muxtariyyəti və Kosovo təmsilçiləri olublar.

Azərbaycanın yarışmada ifa etdiyi mahnını təqdim edirik:




Teqlər:  





Xəbər lenti