Məşhur cütlüyün oğlu səhvən qətlə yetirilib - FOTO

 Məşhur cütlüyün oğlu səhvən qətlə yetirilib -    FOTO
  08 Yanvar 2020    Oxunub:3791
Türkiyədə məşhur cütlüyün oğlu qətlə yetirilib.
Azvision.az xəbər verir ki, hadisə İstanbulun Şişli məhəlləsində baş verib. Şərab istehsalı ilə məşğul olan dünyaca məşhur firmanın sahibləri Figen və Randolp Ward Mays cütlüyünün oğlu Emre bıçaqlanaraq öldürülüb.

Məlumata görə, cinayət xəstəxanalardan birinin qarşısında törədilib. Belə ki, qardaşı tərəfindən döyülən Emre təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb. O, tibb müəssisəsinin girişində bıçaqlı hücuma məruz qalıb.



Araşdırma zamanı bəlli olub ki, Akın K. adlı kişi Emreni qohumlarını yaralayan şəxsə bənzədib və qisas məqsədilə ona bıçaq zərbələri endirib. Səhvdən bıçaqlanan gənc oğlan həkimlərin səylərinə baxmayaraq, dünyasını dəyişib.

Polis cinayətkarı saxlayıb, faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: Türkiyə   Qətl  





Xəbər lenti