İran ABŞ-ın İraqdakı hərbi bazalarını vurdu

İran ABŞ-ın İraqdakı hərbi bazalarını vurdu
  08 Yanvar 2020    Oxunub:3658
Bu gün səhər saatlarında İraqın Ərbil və Anbar şəhərlərindəki ABŞ hərbi hava bazalarına hücum edilib.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, İran İnqilabı Keşikçiləri Korpusu (SEPAH) hücumu ballistik raketlərlə həyata keçirib.

“Ayn əl-Əsəd” aviabazasına endirilmiş raket zərbələri nəticəsində ölənlər və xəsarət alanlar barədə məlumat verilməyib.

Pentaqon nümayəndəsi İranın ABŞ qoşunlarının yerləşdiyi “Ayn əl-Əsəd” və Ərbil bazalarına 12-dən çox ballistik raketlə hücum etdiyini təsdiqləyib.

ABŞ Prezidenti Donald Tramp isə "hələlik hər şey qaydasındadır” deyərək itkinin olmadığı bildirib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İran   ABŞ   Hücum  





Xəbər lenti