Gənclər Sammiti başladı - FOTOSESSİYA

Gənclər Sammiti başladı - FOTOSESSİYA
  20 Dekabr 2013    Oxunub:1169
“Elsa” hüquqşünas tələbələr assosiasiyası və prezident yanında Azərbaycan Gənclər Fondunun dəstəyi ilə Azərbaycan Gənclər Sammiti öz işinə başlayıb.
AzVision.az xəbər verir ki, 3 gün davam edəcək sammitdə gənclər liderlik, biznes və natiqliklə bağlı təlim keçəcəklər. 60 iştirakçır 616 nəfərin arasında motivasiya mətkubu və müsabiqə yolu ilə seçilib.

Sammiti “Elsa”nın Azərbaycan nümayəndəliyinin baş katibi Kərim Kərimov açıb. O, sammit haqqında məlumat verib.

Daha sonra Gənclər və İdman Nazirliyinin gənclərlə iş şöbəsinin müdiri İndira Hacıyeva çıxış edib, “Elsa” haqqında fikirlərini bölüşüb. Vurğulayıb ki, “Elsa” gənclər təşkilatları arasında fərqli yer tutur: “Onun qarşısına qoyduğu məqsədlər bu təşkilatı digırlərindən fərqləndirir. İstəyirəm ki, bundan sonra da “Elsa”nın apardığı tədbirlər spesifik olsun”.

Prezident yanında Gənclər Fondunun beynəlxalq münasibətlər şöbəsinin müdiri Orxan Ərəbov isə çıxışında bildirib ki, belə tədbirin təşkilinə dəstək verməkdən məmnundurlar: “Şadıq ki, belə tədbirin keçirilməsinə maliyyə ayırmışıq. Bu gün Azərbaycan gəncliyi öyrədilməyə məcbur kateqoriya deyil. Biz özmüzü də sizdən çox şey öyrənməliyik. Hər bir auditoriya yeni fikirlər, yeni yanaşmalar ifadə edir. Əminəm ki, sizdən də yeni məlumatlar əldə edəcəyik.

Azərbaycan gənclər sammiti adı özündə böyük iddiaları daşıyır”.
Sammitin açılışı bitdikdən sonra iştirakçılar üçün təlimlər başlayıb.

Dekabrın 22-də sammitin sonuncu günündə gənclərin birgə bəyannəməsi qəbul olunacaq.

Elnur Muxtar,
Fatimə Kərimli

Qalereya




Teqlər:  





Xəbər lenti