İrandakı təyyarə qəzasının ilkin səbəbi açıqlandı

  08 Yanvar 2020    Oxunub : 1896
İrandakı təyyarə qəzasının ilkin səbəbi açıqlandı
Tehranda Ukrayna hava yollarına məxsus “Boeing-737” təyyarəsinin qəzaya uğramasına mühərrikin alovlanması səbəb olub.

Azvision.az İRNA-ya istinadən xəbər verir ki, bu barədə İran hava limanının rəsmi nümayəndəsi bildirib. Məlumata görə, qəzada ölənlərin əksəriyyəti İran vətəndaşlarıdır. Artıq təyyarənin "qara qutu"su tapılıb və hüquq mühafizə orqanlarına təhvil verilib.
Qeyd edək ki, bu gün səhər saatlarında İranda Ukraynaya məxsus “Boeing 737” tipli sərnişin təyyarəsi qəzaya uğrayıb. Hadisə zamanı hava gəmisində 180 sərnişin olub. Onların hamısının həlak olduğu bildirilib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: İran   Təyyarə   Qəza