İraq hərbçiləri İranın hücumundan zərər çəkməyib

İraq hərbçiləri İranın hücumundan zərər çəkməyib
  08 Yanvar 2020    Oxunub:1750
İraqın hərbi qüvvələri İranın həyata keçirdiyi raket hücumlarından zərər çəkməyib.
Azvision.az xəbər verir ki, bu barədə İraq ordusunun mətbuat xidməti məlumat yayıb.

"İraq Silahlı Qüvvələri arasında itki qeydə alınmayıb", - deyə açıqlamada bildirilib.

Qeyd edilib ki, yanvarın 8-də yerli vaxtla saat 01:45-dən 02:15-dək İraq ərazisinə 22 raket atılıb. 17 raket “Ayn əl-Əsəd” hərbi bazasına düşüb, iki raket partlamayıb. Beş raket isə Ərbil bölgəsinə atılıb. Bütün raketlər koalisiya qüvvələrinin obyektlərinə düşüb.

İran KİV-ləri hadisə nəticəsində 80 nəfərin öldürüldüyü barədə məlumatlar yayıb. Rəsmi Vaşinqton isə hələlik bunu təsdiqləməyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İraq   İran   Hücum  





Xəbər lenti