Zelenski qəzaya görə səfərini yarımçıq qoydu

  08 Yanvar 2020    Oxunub : 1388
Zelenski qəzaya görə səfərini yarımçıq qoydu
Prezident Vladimir Zelenski Ukraynaya məxsus təyyarənin Tehranda qəzaya uğraması ilə əlaqədar Omana səfərini yarımçıq qoyaraq Kiyevə qayıdıb.
Azvision.az xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

"Ukrayna Prezidenti Vladimir Zelenski Tehranda təyyarənin qəzaya uğraması səbəbindən təcili olaraq Omana səfərini dayandıraraq Kiyevə qayıdıb", - deyə məlumatda bildirilib.

Xatırladaq ki, Ukraynaya məxsus təyyarə bu gün səhər saatlarında Tehranda qəzaya uğrayıb. Təyyarədə olan bütün sərnişinlər həlak olub. Zelenski qəzada həlak olanların ailələrinə başsağlığı verib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Zelenski   Qəza