Azərbaycan XİN təyyarə qəzası ilə bağlı başsağlığı verib

  08 Yanvar 2020    Oxunub : 1355
Azərbaycan XİN təyyarə qəzası ilə bağlı başsağlığı verib
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Tehranda Ukraynaya məxsus təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığı verib.
Azvision.az xəbər verir ki, bu barədə XİN-in “Tvitter" səhifəsində məlumat yerləşdirilib.

“Tehranda Ukraynaya məxsus təyyarənin qəzaya uğraması xəbərindən dərindən sarsıldıq. Təyyarədə olan sərnişinlərin hamısı həyatını itirib. Biz bu kədəri bölüşürük və həlak olanların ailələrinə, yaxınlarına dərin hüznlə başsağlığı veririk".

Qeyd edək ki, bu gün səhər saatlarında İranda Ukraynaya məxsus “Boeing 737” tipli sərnişin təyyarəsi qəzaya uğrayıb. Hadisə zamanı hava gəmisində 180 sərnişin olub. Onların hamısının həlak olduğu bildirilib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: XİN   Ukrayna   Qəza   Təyyarə