ABŞ-ın İrəvandakı səfirliyi vizaların verilməsini dayandırdı
Məlumata görə, səfirliyin ərazisinə girişlə bağlı təhlükəsizlik tədbirləri də gücləndirilib. Xüsusilə, binaya böyük çantalarla girmək qadağandır və onları təhlükəsizlik işçilərinin yanında qoymağa da icazə verilmir.
Qeyd edək ki, ABŞ-ın Bağdadda iranlı general Qasım Süleymaninin öldürülməsi əməliyyatından sonra bölgədə vəziyyət gərginləşib. Buna cavab olaraq, İran tərəfi İraqdakı ABŞ bazasına raket zərbələri endirib.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: ABŞ İrəvan Səfirlik Viza