Ermənistan əhalisi 668 min nəfər azalıb

Ermənistan əhalisi 668 min nəfər azalıb
  08 Yanvar 2020    Oxunub:2681
2019-cu ildə Ermənistan əhalisinin sayında indiyədək ən aşağı göstərici qeydə alınıb.
Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, ölkənin Statistika Komitəsinin son məlumatına görə, hazırda əhalinin sayı 2 milyon 965 min nəfərdir.



Ermənistanın Statistika Komitəsi 1990-cı ildən bəri demoqrafik göstəriciləri dərc edir. Təqdim edilən məlumatlardan bəlli olur ki, 1992-ci ildən bəri əhalinin sayı azalmağa başlayıb. Bununla belə, ən aşağı nisbət 2019-cu ildə qeydə alınıb. Belə ki, 1992-ci ildə Ermənistanda 3 milyon 633 min nəfər qeydiyyata alınmışdısa, 2019-cu ildə bu rəqəm 668 min azalıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Əhali  





Xəbər lenti