Tramp İranın hücumu ilə bağlı təcili iclas çağırıb

Tramp İranın hücumu ilə bağlı təcili iclas çağırıb
  08 Yanvar 2020    Oxunub:1980
Amerika Prezidenti Donald Tramp İranın İraqdakı ABŞ hərbi bazalarına hava hücumu ilə əlaqədar Ağ Evdə təcili iclas çağırıb.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, Trampın tapşırığı ilə Pentaqon rəhbəri Mark Esper və ABŞ dövlət katibi Mayk Pompeo Ağ Evə gəliblər.

Xatırladaq ki, İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın İraqdakı iki hərbi bazasına raket zərbələri endirib. İran mətbuatı hücum zamanı 80 nəfərin öldürüldüyünü bildirsə də, məlumatı İraq və ABŞ təsdiqləməyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ   Tramp   İran  





Xəbər lenti