Putin Xodorkovskini əfv etdi

Putin Xodorkovskini əfv etdi
  20 Dekabr 2013    Oxunub:1058
Əfv fərmanı imzalandığı gündən qüvvəyə minir.
AzVision.az Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, Vladimir Putin Mixail Xodorkovskinin əfv olunması barədə fərman imzalayıb.

Dünən jurnalistlər qarşısında mətbuat konfransı keçirən Putin, Xodorkovskini əfv etdiyini və tezliklə azad olunacağını bildirmişdi: “O, həbsxanada 10 ildən artıq cəza çəkib. Bu isə ciddi cəzadır. Xodorovski müraciətində bildirib ki, onun humanitar xarakterli səbəbləri var, anası xəstədir. Hesab edirəm ki, bu amilləri nəzərə alıb onun tezliklə əfv olunması barədə fərman verəcəm”.

Mixail Xodorkovskinin yeni ilə qədər azadlığa çıxacağı gözlənilir.

Vüqar İsmayılov



Teqlər:  





Xəbər lenti