“İranın ABŞ bazalarına hücum edəcəyindən xəbərdar idik” - Baş Nazir

  08 Yanvar 2020    Oxunub : 1545
“İranın ABŞ bazalarına hücum edəcəyindən xəbərdar idik” - Baş Nazir
İraqın Baş Naziri Adil Abdulmehdi İranın ABŞ bazalarına hücum edəcəyi ilə bağlı əvvəlcədən xəbər aldıqlarını bildirib.
Azvision.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Baş Nazir məlumatda İranın hava hücumunun yalnız ABŞ əsgərlərinin olduğu bölgələri əhatə edəcəyinin əks olunduğunu deyib.

Onun sözlərinə görə, hücum ediləcək nöqtələr haqqında hər hansı məlumat verilməyib. Baş nazir hücum barədə bilgini özünün ABŞ-a çatdırdığını söyləyib.

"Hücum xəbərini alan kimi, İraq hərbi hissələrini lazımi tədbirlər görmələri üçün xəbərdar etdik. Hücum nəticəsində İraq və koalisiya qüvvələri tərəfindən itkilərin olmasına dair rəsmi məlumat daxil olmayıb”.

Baş Nazir ölkənin suverenliyinin pozulmasını qəbul etmədiklərini və hər kəsdən İraq dövlətinin, hökumətinin qərarlarına hörmət göstərməyi tələb edib.


Pərvanə Sultanova

Azvision.az

Teqlər: İraq   ABŞ