ABŞ qoşunlarını Küveytdən çıxarmayacaq

ABŞ qoşunlarını Küveytdən çıxarmayacaq
  08 Yanvar 2020    Oxunub:1628
ABŞ qoşunlarının Küveytdən çıxarılması ilə bağlı yayılan məlumat həqiqəti əks etdirmir.
Azvision.az “Al Arabiya” telekanalına istinadən xəbər verir ki, bu barədə əmirlik səlahiyyətliləri məlumat verib.

Bildirilib ki, “KUNA” xəbər agentliyinin “Twitter” səhifəsi haker hücumuna məruz qalıb və agentliyin səhifəsində “bir neçə gündən sonra ABŞ Küveytdən qoşunlarını çıxarmağa başlayacaq” tviti yerləşdirilib.

Dərc edilən məlumatın həqiqətə uyğun olmadığı qeyd olunub.

İlkin Nəcəfzadə
Azvision.az




Teqlər: ABŞ   Küveyt  





Xəbər lenti