Putin və Ərdoğan “Türk axını”nı işə saldı

 Putin və Ərdoğan “Türk axını”nı işə saldı
  08 Yanvar 2020    Oxunub:3099
Bu gün İstanbulda “Türk axını” qaz kəmərinin istismara verilməsi mərasimi keçirilib.
Azvision.az xəbər verir ki, mərasimdə Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin, Serbiya Prezidenti Aleksandr Vuçiç, Bolqarıstanın Baş naziri Boyko Borisov və digər rəsmilər iştirak ediblər.

Tədbirdə çıxış edən Putin bildirib ki, bu, təkcə Rusiya və Türkiyə üçün deyil, bütün Avropa qitəsi üçün vacib hadisədir.

“Yeni qaz kəmərinin rəsmi açılış mərasimində iştirak edənlərin hamısı yalnız Rusiya və Türkiyə üçün deyil, həm də Cənubi Avropanın dövlətləri, bütün Avropa qitəsi üçün çox vacib bir hadisəyə şahidlik edirlər", - Putin əlavə edib.

O vurğulayıb ki, “Türk axını”nın uğurla həyata keçirilməsi Rusiya-Türkiyə strateji tərəfdaşlığının mühüm və nəzərəçarpan nəticələr verdiyini əyani şəkildə göstərir.

Qeyd edək ki, "Türk axını" layihəsi üzrə tikinti işlərinə 2017-ci ildə başlanılıb. Boru kəmərinin birinci xətti Türkiyə bazarı üçün, ikincisi isə Cənubi və Cənubi-Şərqi Avropa ölkələrinə qaz tədarükü üçün nəzərdə tutulub. Xətlərin hər birinin ötürücülük qabiliyyəti 15,75 mlrd. kubmetrdir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Türkiyə   Rusiya   Qaz  





Xəbər lenti