Pentaqon 80 əsgərin ölüm xəbərini yalanladı

 Pentaqon 80 əsgərin ölüm xəbərini yalanladı
  09 Yanvar 2020    Oxunub:4688
Pentaqon İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən ABŞ-ın İraqdakı hərbi bazalarına hücum zamanı 80 amerikalı əsgərin ölümü ilə bağlı iddiaları yalanlayıb.
Azvision.az xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə Nazirliyindən (Pentaqon) "Bloomberg"ə daxil olan məlumatda bildirilib.

"İranın raket zərbələri nəticəsində heç bir Amerika əsgəri ölməyib və yaralanmayıb", - deyə açıqlamada qeyd olunub.

Xatırladaq ki, bu gün səhər saatlarında İraqın Ərbil və Anbar şəhərlərindəki ABŞ hərbi hava bazalarına hücum edilib. İran İnqilabı Keşikçiləri Korpusu (SEPAH) hücumu ballistik raketlərlə həyata keçirib. İranın dövlət televiziyasının yaydığı məlumata görə, ABŞ-ın İraqdakı hərbi bazalarına raket hücumu zamanı 80 amerikalı əsgər öldürülüb.

Azvision.az



Teqlər: İran   İraq   ABŞ   Pentaqon  





Xəbər lenti