ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcək

 ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcək
  09 Yanvar 2020    Oxunub:2484
ABŞ Prezidenti Donald Tramp İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Amerikanın İraqdakı hərbi bazalarına hücum etməsinə münasibət bildirib.
Azvision.az -ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, Tramp bununla bağlı mətbuat konfransı keçirib.

ABŞ Prezidenti bəyan edib ki, hücum nəticəsində amerikalı hərbçilər arasında ölən və xəsarət alan olmayıb. Onun sözlərinə görə, təhlükəsizlik tədbirləri və sistemlərin yaxşı işləməsi səbəbindən hərbi bazalara minimal zərər dəyib.

Bundan əlavə, ABŞ lideri İrana qarşı yeni iqtisadi sanksiyaların tətbiq olunacağını qeyd edib.

"İndiyədək bəzi ölkələr İranın dağıdıcı addımlarına dözüblər. Bu, artıq sondur. Biz buna icazə verməyəcəyik. İran heç vaxt nüvə silahına sahib olmayacaq".

Azvision.az



Teqlər: ABŞ   İran   Tramp  





Xəbər lenti