Kredit kartını mobil telefon əvəz edəcək
“Mobile Payments” texnologiyası artıq bir çox Avropa bazarlarında tətbiq olunub. MobilBank xidməti istənilən borc və ya kredit kartının mobil platformaya (Android, iPhone, Blackberry və s.) inteqrasiyasını təmin etməklə mobil ödənişləri həyata keçirməyə imkan yaradır və mobil cihazın virtual ödəniş alətinə çevrilməsini təmin edir. Xidmətin əsas üstünlükləri arasında yüksək təhlükəsizliyi və rahatlığı, nağd vəsaitlərdən istifadə olunmaması, PİN kodun daxil edilməməsi və çekimzalanmasına ehtiyac qalmamasını qeyd etmək lazımdır.
Bu xidmət və MobilBank sistemi vasitəsi ilə kart sahibi öz kartlarını daha geniş sayda ticarət və xidmət müəssisələrində istifadə etmək imkanı əldə edir və bununla öz gündəlik həyatını asanlaşdırır. Öz növbəsində isə ticarət və xidmət müəssisələrində mobil ödənişləri qəbul edərək öz müştəri bazasını və dövriyyələrini artırmaq üçün əlverişli imkanlar əldə edirlər.
MasterCard-ın ölkə üzrə meneceri cənab Hakan Acar deyir: Müştərilərin ümidlərini doğrultmaq üçün yaratdılmış mobil ödənişləri xidmətini Azərbaycanda da təqdim etdik. Bu xidmət sayəsində kart sahibi öz mobil telefonu vasitəsi ilə müxtəlif ticarət və xidmət müəssisələrdə ödənişlər edə bilər”.
AzVision.az